YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının geniş plenar iclası keçirilir

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi və MDB dövlətlərinin Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası keçirilir.

Məsləhətləşmənin keçirilməsinin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ekstremizim və terrorizmə qarşı effektiv texnologiyaların yaradılmasıdır.

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov DTX rəisi general-leytenant Mədət Quliyevin qonaqlara salamını çatdırıb.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzinin rəhbəri Marat Abdırayev bildirib ki, MDB-yə üzv dövlətlərin vətəndaşlarının terror təşkilatları tərəfindən məsafədən ələ alınmasna qarşı mübarizə yolları müzakirə edilir.

O qeyd edib ki, belə iclaslar hər il keçirilir: “Bu iclas ilk dəfədir ki, Bakıda keçirilir. Yaradılan şəraitə görə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.