YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan ÜTT-nin 154 üzvü arasında ən çox turizm potensialına malik ölkələrdən biridir

«Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycanda turizm yüksələn xətlə inkişaf edir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, hər  il bu sahədə  25-30 faiz artım müşahidə olunur. Onun fikrincə, bu, böyük nəticədir və Azərbaycan turizminin gələcəyinə nikbin baxmağa əsas verir.

«Turizmin inkişafına Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları da öz töhfəsini verir. Bu tədbirlərin təşkili həm də Azərbaycanın təbliğinə xidmət edir. Azərbaycan ÜTT-nin 154 üzvü arasında ən çox turizm potensialına malik ölkələrdən biridir. İndi qarşımızda duran əsas vəzifə bu potensialın reallaşdırılmasına nail olmaqdır. Son iki ildə Azərbaycanda turizm sahəsində hiss olunacaq dəyişikliklər baş verib, mühüm irəliləyişlər əldə edilib. İki rəqəmə nəzər salaq: ölkəmizə gələn turistlərin sayı 2015-ci ilə nisbətən 30 faiz, 2016-cı ilin birinci yarısına nisbətən 25 faiz artıb. Bu artım artıq davamlı xarakter alıb»- deyə, komitə sədri vurğulayıb.