YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: İslam həmrəyliyi sülh və inkişaf çağırışıdır

«Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub». Bu fikri Milli Məclisin deputatı, akademik  Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bu məsələni «Dini etiqad azadlığı haqqında» qanun tənzimləyir. Onun sözlərinə görə, dini fəaliyyətə dair vahid dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığının təmin olunması üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və  digər məqamlar qeyd olunan qanunvericiliyin tərkib hissəsidir.

«Eyni zamanda, Azərbaycan İslam həmrəylinin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. İslam həmrəyliyi sülh və inkişaf çağırışıdır. Hazırda bütün dünya ictimaiyyəti bu təşəbbüsün ortaya çıxardığı birlik və həmrəyliyə ehtiyac duyur. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə görülən işlər müsəlman xalqları arasında möhkəm əlaqələrin qurulmasına təsir göstərmək imkanında olan sülh və qardaşlıq çağırışıdır»- deyə, akademik vurğulayıb.