YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur

«Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur». Bu fikri  Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Onun sözlərinə görə, aztəminatlı ailələr, təqaüdçülərin və digər güzəştli təbəqələrin sosial rifahını yüksəltmək üçün sistemli işlər həyata keçirilir.

«Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davamlı olaraq həyata keçirir. Təbii ki, bu tədbirlər əhalinin rifahının daha yüksəlməsi ilə nəticələnəcək. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların maddi rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub»- deyə, deputat qeyd edib.