YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda əlilliyi olan gənclərə həsr edilmiş beynəlxalq konfrans işə başlayıb

Oktyabrın 3-də “Park Inn” otelində “Əlilliyi olan gənclərin müstəqil həyat, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmə hüquqları" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Konfrans Gənclər və İdman Nazirliyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və MDB-nin üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən təşkil olunub.

Tədbirdə əlilliyi olan gənclərə aid qanunvericilik aktları, bu sahədə təcrübələrin öyrənilməsi, ictimai davranış qaydaları, habelə əlilliyi olan gənclərin mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlarının bərabər şəkildə təmin edilməsi, bu qəbildən olan şəxslərə münasibətdə insan hüquqlarının monitorinqinin milli mexanizminin dəstəklənməsi, həmin şəxslər üçün əlçatan media, sosial obyektlər, xidmətlər və nəqliyyatın təmin edilməsi və fiziki qüsurlu vətəndaşlara qarşı jurnalist etikası mövzuları üzrə təqdimat və müzakirələr keçiriləcək.

Konfrans oktyabrın 5-dək davam edəcək.