YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə, Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.

Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, eləcə də çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah arzulayıram.”

DİGƏR Xəbərlər Arxiv