YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti ABŞ Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

DİGƏR Xəbərlər Arxiv