YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Minsk qrupunun yeni həmsədri bu həftə regiona səfər edəcək

Birləşmiş Ştatların ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şefer bu həftə Yerevan və Bakıya səfər edəcək, vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bölgədə olduğu zaman E.Şefer Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Səfirliyin məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərlə fəal şəkildə işləyəcək. Münaqişə ədalətli şəkildə - Helsinki Yekun Aktı və güc tətbiqinin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını təyinetmə prinsiplərinin daxil olduğu beynəlxalq qanun əsasında həll olunmalıdır.