YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Cinayət Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər hüquqi islahatların tərkib hissəsidir

«Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı çox əhəmiyyətlidir. Komitəmiz də bu sessiya dövründə müəyyən qanun layihələri müzakirəyə təqdim edəcək. Eyni zamanda, parlamentdə zərurət yarandıqca  müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklər də nəzərdə tutulur. Bu baxımdan, Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər də önəmlidir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bugünlərdə Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişiliklərlə bağlı qanun layiyhəsi geniş ictimai müzakirələr keçirilib. O xatırladıb ki, hələ 2017-ci ilin fevral ayında cənab Prezident tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam imzalanmışdı və həmin sərəncamdan irəli gələrək adı çəkilən qanun layihəsi işlənib hazırlanaraq parlamentə təqdim olunub. Komitə sədrinin sözlərinə görə, bu, çox ciddi bir layihədir və Azərbaycanda əfv, aministiya qərarları qədər də əhəmiyyətlidir.

«Çünki bu layihədə bütövlükdə iqtisadi fəaliyyət sahəsində ciynayətlər, o cümlədən ehtiyatsızlıqdan törədilən bir çox cinayətlər dekriminillaşdırılır. Həmçinin, ölkə Prezidentinin sərəncamında və sonrakı dövrdə həbs qətimkan tədbirləri ilə bağlı da bir sıra tövsiyələr verilib. Artıq həbs qətimkan tədbirlərinin seçilməsi 30 faizə qədər azalıb. Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan layihə çox ciddi bir sənəddir. Bu, ölkəmizdə hüquqi sahədə islahatların tərkib hissəsidir, cəza siyasətinin humansitləşdirilməsi ilə bağlı atılan addımdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu  sənəd cənab Prezidentin həyata keçirdiyi davamlı siyasətin nümunəsidir və heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan irəli gəlmir, ölkəmizin özünün daxili hüquqi siyasətinin ayrılmaz tərkib hissəsidir»- deyə komitə sədri vurğulayıb.

Ə.Hüseynli yaxın zamanlarda bu layihənin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.