YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir ki, uşaqların enerji içkilərinə əlçatanlığı aşağı düşsün

“Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da enerji içkilərinin satışı məhdudlaşdırılsın”. Bu təklifi Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin payız sessiyasının ilk iclasında çıxışı zamanı irəli sürüb.

Son zamanlar Azərbnaycan kardioloqlarının da bununla bağlı həyəcan təbili çaldığını deyən M.Quliyev qeyd edib ki, uşaqların bu içkilərdən istifadə etməsi nəticəasində son zamanlar qəfil ölümlərin sayı artıb.

M.Quliyev bildirib ki, enerji içkiləri yuxu, əsəb pozğunluğu ilə yanaşı qan-damar sistemlərində də problemlərə hətirib çıxarır: “Bu səbəbdən Norveç, Fransa kimi ölkələrdə bu cür uçilərin satışı qadağan edilib. Digər ölkələrdə isə enerji içkiləri yalnız 18 yaşdan yuxarı olan şəxslərə satılır. Bu baxımdan müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir ki, uşaqların bu içkilərə əlçatanlığı aşağı düşsün”.

Milət vəkili vurğulayıb ki, enerji içkilərinin üzərinə “18+” yazılmalıdır: “Kiçik yaşlı uşaqlara bu cür içkilər satılmamaldır. Bununla yanaşı, enerji içkilərin reklamına da qadağa qoyulmalıdır. Məktəblərə, təhsil müəssiələrinin yaxınlığında bu içkilərin satışına imkan vermək olmaz”.