YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Əminəm ki, Milli Məclisin payız sessiyası yüksək səviyyədə keçəcək

«Milli Məclis 2017-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin parlament səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilmişdir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin payız sessiyasının açılışı zamanı deyib.

O.Əsədov bildirib ki, ötən sessiya müddətində Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf etmişdir. Bildiyiniz kimi, Azərbaycan parlamenti 10 beynəlxalq Parlament Assambleyasının üzvüdür və nümayəndə heyətlərimiz bu beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Parlamentin yaz və növbədənkənar sessiyalarında və sonrakı dövrdə 33 ölkəyə 90-dan çox səfər həyata keçirilmiş, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə olmuşdur.Millət vəkillərimiz Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə etmişlər. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilmişdir.

«Bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə edəcəyik. Əminəm ki, Milli Məclisin payız sessiyası da yüksək səviyyədə keçəcək»- deyə, spiker vurğulayıb.