YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avstriyadakı fəxri konsulları Xarici İşlər Nazirliyində olublar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov H.Mantsenrayter və A.Köniqsberqeri fəxri konsul kimi fəaliyyətə başlamaları münasibətilə təbrik edib və onlara Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verib.

Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

H.Mantsenrayter və A.Köniqsberqer fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.