YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran-Azərbaycan iqtisadi əlaqələrinin perspektivləri müzakirə edilib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də bu il avqustun 6-da Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib.