YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Qaralov: Son bir ildə cinayətkarlıqla mübarizədə ciddi nailiyyətlər qazanılıb

Azərbaycan Prokurorluğunun kollektivi milli prokurorluq orqanlarının yaradılmasının 99-cu ildönümünü və peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Bunu jurnalistlərə müsahibəsində baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, hər il peşə bayramı ərəfəsində görülmüş işlər və qarşıdan duran vəzifələr müzakirə edilir. Prokurorluq orqanları hesabat dövründə hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər, Ədliyyə nazirlikləri, məhkəmə və digər qurumlarla birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə kifayət qədər ciddi nailiyyətlər qazanıblar.

Cinayətkarlığın struktur və dinamikasında ötən illərdə əldə edilmiş müsbət meyllər doqquz ay ərzində də qorunub saxlanılıb, qəsdən adamöldürmə, yaxud buna cəhd, mülkiyyət əleyhinə olan cinayətlər, yol–nəqliyyat hadisələrinin sayı kifayət qədər azalıb. Bu istiqamətdə işlər davam etdirilir.