YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanın bütün regionlarında sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər

«Ölkədə sahibkarlığın güclü şəkildə dəstəklənməsi öz növbəsində ölkədə iqtisadi aktivliyin artmasına güclü təkan verib». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Onun sözlərinə görə, hazırda Azərbaycanın bütün regionlarında sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.

«Ölkəmizdə biznesə başlama prosedurunun sadələşdirilməsi, inzibatçılığın aradan qaldırılması və bu kimi digər amillər sayəsində milli iqtisadiyyatında özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Respublikamızda biznes mühitinin davamlı şəkildə optimallaşdırılması isə öz növbəsində nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında müsbət dəyərləndirilir. Bu baxımdan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"ı da istisna deyil. Bəhs olunan hesabatda Azərbaycan ən böyük irəliləyişi məhz biznesin mürəkkəbliyi kateqoriyası üzrə qazanıb. Bu indikator üzrə republikamızın mövqeyi 20 pillə yaxşılaşıb və Azərbaycan hesabatın əhatə etdiyi ölkələr arasında 40-cı yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"ı da Azərbaycanın mövqeyinin yaxşılaşmasına təsir göstərən digər mühüm amil ölkənin infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşması ilə bağlıdır. Azərbaycanın dinamik inkişafı infrastruktur quruculuğu sahəsində xüsusilə qabarıq şəkildə nəzərə çarpır. Bir vaxtlar respublikamızda infrastruktur təminatı olduqca aşağı səviyyədə idi. Belə vəziyyət isə regionlarda həm insanların sosial vəziyyətinə, həm də iqtisadi fəallığın artmasına mənfi təsir göstərirdi. Hazırda isə ölkəmizin mənzərəsi tamam dəyişib. Bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən belə geri qalmır»- deyə, deputat qeyd edib.