YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanın müstəqil siyasət yürütməsi müəyən dairələr tərəfindən qıcıqla qarşılanır

«Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqq işinə susqunluq,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli məsələsində ikili standartlar  təəssüf doğurur». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, beynəlxalq təşkilatlar münaqişələrin həllinə ikili standartlardan yanaşır. Onun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyən dairələr tərəfindən qıcıqla qarşılanır.

«Avropa Şurası baş katibinin Azərbaycana qarşı söylədiyi fikirlərin arxasında da bu amil dayanır. İstəyirlər ki, ölkəmiz onların diqtəsi ilə hərəkət etsin. Yəni milli  dövlətlərin müstəqil qərar qəbul etməsi və müstəqil siyasət həyata keçirməsi heç də böyük dövlətlər tərəfindən qəbul edilmir. Sadəcə, böyük dövlətlər istəyirlər ki, bu dövlətlər sözəbaxan olsun, vassala, əyalətə çevrilsin və qərarları da özləri qəbul etsinlər. Məsələn, Ermənistan buna bir nümunədir. Ermənistanla bağlı qərarlar bu gün başqa dövlətlər tərəfindən qəbul edilir. Amma Azərbaycan özünün milli maraqlarını hər zaman həyata keçirdiyi siyasətlə qoruyur və bundan sonra da qoruyacaq»- deyə, R.Əliyev vurğulayıb.