YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına malikdir

«Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına malikdir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib hesabat, eləcə də hesabat çərçivəsində tərtib edilən reytinq siyahısı dünyanın siyasət, iqtisadiyyat və biznes dairələrində böyük maraqla qarşılanır. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, bu hesabat çərçivəsində tədqiq olunan iqtisadiyyatlar arasındadır.

«Hesabata görə, Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi” keçən illə müqayisədə 4,55-dən 4,69-a yüksəlmiş və dünyanın ən rəqabətli 35-ci iqtisadiyyatı kimi Türkiyə və İran da daxil olmaqla, bütün qonşu ölkə iqtisadiyyatlarını, həmçinin də MDB ölkələrinin iqtisadiyyatlarını geridə qoyub. Hesabata əsasən, Azərbaycan iqtisadiyyatı yerləşdiyi regionun ən rəqabətli iqtisadiyyatıdır. Heç şübhəsiz ki, Azərbaycanın qeyd olunan reytinq siyahısında bu il də öz mövqeyini möhkəmləndirməsi ölkədə aparılan islahatlarla birbaşa əlaqədardır»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv