YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

YAP-ın yaranmasının 25 illiyi münasibətilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda müsabiqəyə start verilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin  və Nizami rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.

Müsabiqənin əsas məqsədi rayonun incəsənət və təhsil nümayəndələrinin fırçası və qələmi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövrünü, partiyanın yaradıcısı böyük azərbaycanlı, millətimizin fəxri, milli və mənəvi liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımlamasını, ölkənin inkişafında YAP-ın oynadığı müstəsna rolu obrazlı şəkildə diqqətə çatdırmaqdır.

Müsabiqənin elan olunması ilə əlaqədar keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Ramil Vəlibəyov çıxış ediblər.

Müsabiqənin qalibləri YAP-ın 25-ci ildünümü münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.