YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Luka Şipati: TAP İtaliya və Avropa üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri TAP təhlükəsizliyə təminat olunması baxımından İtaliya və Avropa üçün strateji əhəmiyyət daşıyır.

Bu barədə TAP-ın icraçı direktoru Luka Şipati Milanda keçirilən İtaliya Enerji Sammitində deyib. O bildirib ki, TAP İtaliyanı Xəzər dənizinin təbii qaz yataqları ilə əlaqələndirən qaz kəməridir. TAP, həmçinin təchizatın təhlükəsizliyinə mühüm töhfə verir, bazarda daha uyğun qiymətlərlə etibarlı, təhlükəsiz və çevik qaz təchizatı baxımından böyük əhəmiyyətə malikdir. Boru kəməri Balkan ölkələrində və Qərbi Avropada 7 milyon ailənin təbii qaza olan ehtiyacını ödəyəcək. TAP yeni təchizat mənbələrinə çıxış üçün strateji əhəmiyyətə malikdir.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 57 faizi icra edilib. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).