YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Azərbaycan hökuməti özəl bölmənin inkişafına ciddi dəstək verir

«Azərbaycan hökuməti özəl bölmənin inkişafına ciddi dəstək verir». Bu fikri İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, regionların sosial-iqtisadi inkişafı da xüsusi diqqət mərkəzindədir.

«Bu baxımdan, fond sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində davamlı olaraq təbirlər həyata keçirir. Sahibkarlara güzəştli kreditlərin verilməsi nəticəsində yeni təsərrüfatlar yaradılır, emal və sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar qeyri-neft sektorunun inkişafında vacib rol oynayır»- deyə, icraçı direktor vurğulayıb.