YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Novruzov: Yeni mərhələdə ölkəmizin müasirləşməsinə və zənginləşməsinə yönəldilən strateji yol xəritəsi uğurlu nəticələr verəcək

«Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra məsələlərin aktuallığını daha da artırır». Bu fikri Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

V.Novruzov bildirib ki, bu məsələlərin içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır.

«İnanırıq ki, yeni mərhələdə ölkəmizin müasirləşməsinə və zənginləşməsinə yönəldilən strateji yol xəritəsində nəzərdə tutulan islahatların çox yüksək nəticələr verəcək»- deyə, V.Novruzov qeyd edib.