YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti parlament seçkilərində qələbə münasibətilə Almaniya Kanslerini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Angela Merkeli başçılıq etdiyi Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edib. “Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın ifadəsidir”, - deyə dövlətimizin başçısı məktubda bildirir.

Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev Kansler Angela Merkelə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyir.