YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abid Şərifov: Mina və partlamamış hərbi sursatların partlaması nəticəsində 532 nəfər həlak olub, 2491 nəfər yaralanıb

Azərbaycanda minalar və partlamamış hərbi sursatlarla bağlı iki istiqamətdə problem mövcuddur.

Bunu Baş nazirin müavini Abid Şərifov “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə çıxışı zamanı deyib. /Trend/

Baş nazirin müavini bildirib ki, bu problemlərdən biri erməni silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və erməni işğalından azad edilən ərazilərdə olan mina və partlamamış hərbi sursatlar və keçmiş sovet ordusunun özündən sonra qoyub getdiyi hərbi bazalar və paliqonlardır.

A.Şərifov bildirib ki, 1991-ci ildən sonra Azərbaycanda mina və partlamamış hərbi sursatların partlaması nəticəsində 532 nəfər həlak olub, 2491 müxtəlif xəsarətlər alıb.

Baş nazirin müavini bildirib ki, indiyənə qədər Azərbaycanda 45 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 100 minlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.