YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti xanım Həlimə Yaquba təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaquba təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”