YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Bruno Leingkone ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommunikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər də müzakirə olunub.