YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı açılış mərasimindəki çıxışı tarixi bir çıxışdır

«Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı açılış mərasimindəki çıxışı tarixi bir çıxışdır. Cənab Prezident öz çıxışında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti bir daha dünya ictimaiyyətinin nəzərinə çatdıraraq qeyd etmişdir ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20% ərazilərini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan 24 ildir ki, bu qətnamələrə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Cənab Prezident çıxışında qeyd edib ki, bəzi hallarda BMT-nin qətnamələri bir-neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu ikili standartlara əsaslanan yanaşmadır. Dövlətimizin başçısı bu məsələ ilə bağlı Ermənistana qarşı sanksiyaların qəbul edilməsinin zəruriliyini vurğulayıb.

«Cənab Prezident çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha bu münaqişəyə yönəltdi və eyni zamanda təcavüzkar Ermənistana ciddi xəbərdarlıq edərək bildirdi ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin Xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq. Dövlətimizin başçısı öz çıxışında müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyini, böyük uğurlar əldə etdiyindən danışaraq qeyd etmişdir ki, Azərbaycanın sürətli inkişafı bir daha göstərdi ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduqda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq»- deyə, R.Əliyev vurğulayıb.