YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını və Krallığın Vəliəhdini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Təbrik məktubunda dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin qardaş xalqlarımızın iradəsinə uyğun olaraq daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralına möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Krallığın Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib.