YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı cəfəngiyyatdan başqa bir şey deyil

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi qeyd olunub». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova  bildirib ki,  xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində bu məsələ öz əksini tapıb. Onun sözlərinə görə, həmin sənədlərdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi də əksini tapıb.

«İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı cəfəngiyyatdan başqa bir şey deyil. Güc tətbiqi ilə ələ keçirilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülh və əməkdaşlığın bərqərar olması mümkün deyil.  Əgər beynəlxalq təşkilatların vasitəçiliyi nəticə verməsə Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək»- deyə, deputat qeyd edib.