YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı deputat: Mən həmişə Azərbaycanı nümunə göstərirəm

“Bizim prezidentlərin müdrikliyi sayəsində Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir”.

Bu sözləri Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib.

Rusiyalı deputatın sözlərinə görə, dünyanın bir sıra ölkələrində öz dilində danışmağı arzu edən insanların hüquqları tapdalanır. L.Kalaşnikov deyib: “Mən həmişə Azərbaycanı nümunə göstərirəm. Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıdandan sonra o, respublikanın rus əhalisi ilə görüşüb bu sahədə qayda yaradacağını vəd etmişdi. Heydər Əliyev iki il ərzində bu vədini yerinə yetirdi, o cümlədən rusdilli əhali ana dilində təhsil almaq imkanı əldə etdi. Hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu siyasəti davam etdirir və rus dilinin inkişafına şərait yaradır. İndi Bakıda tədrisin rus dilində aparıldığı 400-ə yaxın məktəb var. Rusiyada bu barədə az danışırlar. Keçmiş Sovet respublikaları arasında Azərbaycan kimi, yəni əhalinin rus dilində yaxşı danışdığı, rus dilinin təbliğ edildiyi nümunələr azdır”.