YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli rayonunda Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.

Bu yol Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlət büdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ən mühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir.

Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.