YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir

«Azərbaycan beynəlxalq miqyasda etimad mühitinin dərinləşməsinə, Cənubi Qafqaz və Xəzər hövzəsi bölgəsinin əməkdaşlıq, tərəqqi, iqtisadi çiçəklənmə regionuna çevrilməsinə çalışır. Regionda Azərbaycanın təşəbbüsü  və transmilli şirkətlərin iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji layihələri ölkəmizin xoş niyyətinin real ifadəsidir». Bu fikirləri AŞPA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, respublikamızın regional və qlobal əməkdaşlığa verdiyi töhfələr yalnız enerji sektoru ilə məhdudlaşmır. Onun sözlərinə görə, Azərbaycan dünyaya özünü həm də geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir.

«Müstəqillik illərində Azərbaycanın əldə etdiyi böyük uğurlar sırasında müasir infrastruktur quruculuğunu, o cümlədən də ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi qeyd etmək mümkündür. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti-İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda respublikamızda nəqliyyat imkanlarının genişləndirildiyini, bu sahədə müasir infrastruktur yaradıldığını xüsusi vurğulayıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır»- deyə, S.Qafarova vurğulayıb.