YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Global Fire Power: Azərbaycan ordusu hərbi potensialına görə dünyada 58-cidir

“Global Fire Power” mərkəzi ümumilikdə 50 göstərici əsasında dünyanın ən güclü ordularının reytinqini açıqlayıb.

AZƏRTAC mərkəzin saytına istinadla xəbər verir ki, ümumilikdə 133 ölkənin yer aldığı siyahıda Azərbaycan ordusu hərbi qüdrətinə görə 58-ci sıradadır. Azərbaycan bu göstərici üzrə region ölkələrini qabaqlayır. Belə ki, reytinq siyahısında Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir.

Reytinq siyahısı hazırlanarkən ölkələrin ordularının şəxsi heyətinin, ehtiyatda olan hərbçilərin, orduya yararlı insanların sayı əsas götürülüb. Bununla yanaşı, orduların arsenalındakı silahların müxtəlifliyi, nüvə potensialı, coğrafi mövqe, təbii ehtiyatlar və ölkənin infrastrukturu nəzərə alınıb.

Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir orduları yer alıblar.

DİGƏR Xəbərlər Arxiv