YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunmaqdadır

«Ölkəmizdə 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunmaqdadır». Bu fikri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov  deyib.

R.Məmmədhəsənov bildirib ki, bu proqramlar bölgələrdə  işsizlik probleminin aradan qaldırılması yönündə də əhəmiyyətlidir. Onun sözlərinə görə, proqramların uğurla həyata keçirilməsinin nəticəsində ötən müddət ərzində respublikada yüzminlərlə yeni iş yeri açılıb.

«Eyni zamanda, yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir. Bu fakt ölkəmizin reallığının əyani göstəricisidir»- deyə, deputat qeyd edib.