YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana gələn turistlər arasında ilk yeri ərəb ölkələrindən, sonra isə Rusiyadan olan turistlər tutublar

Bu yay Azərbaycana gələn turistlər arasında ilk yeri ərəb ölkələrindən, sonra isə Rusiyadan olan turistlər tutublar.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Azərbaycana bu il gələn turistlərin sayının ötən illə müqayisədə daha çox olduğunu deyən N.Bağırov qeyd edib ki, sentyabrdan Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə, oktyabrdan isə Taylandın Banqkok şəhərinə birbaşa uçuşlar olacaq. Bu da həmin ölkələrdən Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir göstərəcək:

"Ciddə şəhərində Məkkəyə ən yaxın olan hava limanı yerləşir. Ona görə də Azərbaycandan Səudiyyə Ərəbistanına gedən zəvvarlarımız bu istiqamətdən istifadə edəcəklər”.

N.Bağırov bu istiqamətlər üzrə uçuşların daimi olacağını da açıqlayıb.

Hazırda Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən Azərbaycana birbaşa uçuşların olduğunu deyən Assosiasiya sədri digər yeni istiqamətlərin də nəzərdən keçirildiyini, gələn ildən yeni istiqamətlər üzrə uçuşların gözlənildiyini qeyd edib.