YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır

«Azərbaycanda müxtəlif  konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.

«Vaxtaşırı olaraq buna aid müxtəlif tədbirlər keçirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir. Müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir»- deyə, komitə sədrinin müavini vurğulayıb.