YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir

«Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, bu, qeyri-neft sektorunun inkişafında vacib amildir.

«Məhz bunun nəticəsidir ki, hər il qeyri-neft sektorunda göstəricilər artır. Bu, həm ÜDM istehsalında, həm də büdcə gəlirlərində özünü göstərir. Ümumiyyətlə, həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində qeyri-neft seçktorundan gələn gəlirlərin həcminin büdcədə çəkisi daha da artacaq»- deyə, komitə üzvü qeyd edib.