YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: «Qarabağ» tarix yazdı

«Qarabağ Futbol Kulubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq Avropa Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək». Bu fikri AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu böyük tarixi qələbədir. Onun sözlərinə görə, «Qarabağ»ın bu zəfərinin siyasi əhəmiyyəti də çox böyükdür.

«Qarabağ Futbol Kulubunun bu zəfəri Qarabağ həqiqətlərini dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfə oldu. Bu tarixi zəfər milyonlarla azərbaycan vətəndaşına böyük sevinc hissi bəxş etdi. Bu tarixi zəfərə görə Qarabağ Futbol Kulubunun rəhbərliyini, bütün komanda üzvülərini səmimi qəlbdən təbrik edir, onlara Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında uğurlar arzu edirəm»- deyə, R.Əliyev vurğulayıb.