YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pekin Xarici Dillər Universitetində Azərbaycan dili üzrə tələbə qəbulu nəzərdə tutulur

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çin Xalq Respublikasının elm və ədəbiyyat qurumları arasında mövcud əməkdaşlıq və gələcək perespektivlər mövzusunda müzakirə keçirilib.

Akademiyadan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Çinlə elmi və ədəbi əlaqələrin müstəqillik illərindəki tarixinə toxunub. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərini müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan İ.Həbibbəyli 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və keçirilən görüşlərin əməkdaşlıq üçün zəngin töhfələr verdiyini bildirib.

Görüşdə iştirak edən Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika dilləri fakültəsinin dosenti Aqşin Əliyev Çində Azərbaycan elminin təbliğinin müasir vəziyyəti, görülən işlər barədə məlumat verib. Bildirib ki, 2017-ci ilin fevral ayından Pekin Xarici Dillər Universitetində Azərbaycan dili tədris olunmağa başlayıb. 2018-ci ildə Azərbaycan dili üzrə tələbə qəbulu nəzərdə tutulur. Çin-Azərbaycan dili lüğəti hazırlanıb. “Kitabi Dədə Qorqud” dastanı Pekində Çin dilində çap olunub. Gələn il “Kitabi Dədə Qorqud”la bağlı konfrans keçirilməsi nəzərdə tutulur.