YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Mehriban xanım Əliyevanın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır

«Müharibə şəraitində yaşayan bir ölkədə bu qədər genişmiqyaslı layihələrin həyata keçirilməsi, insana qayğının, humanizmin, xeyirxahlığın xalqın taleyindəki rolu olduqca diqqətəlayiqdir. Bütün bunlara  xarici siyasətdə qazanılan uğurları da əlavə etsək, ölkəmizin inkişafı bir çox dövlətləri yaxşı mənada təəccübləndirir.   Bu gün xalqımızın yaşadığı ağrılar heç şübhəsiz, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın torpaq itkisi ilə bağlıdır. Bu mənada Mehriban xanım Əliyevanın  gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə bu qayğının bariz nümunəsidir.  Birinci vitse-prezident son 13 ildə 400 min qaçqın və məcburi köçkünün işlə təmin edildiyini, ölkə ərazisindəki çadır düşərgələrinin tamamilə ləğv edidiyini, onlar üçün yeni qəsəbələr salındığını nəzərə çatdırmaqla yanaşı, bundan sonra da görüləcək işləri açıqladı. O qeyd etdi ki, “görülən işlərlə yanaşı hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşasına başlanılmalıdır”.

«Elə bunun  sayəsində məcburi köçkünlərin rahat şəraitli yeni binalarda mənzillə təmin olunması və bu işlərin davam etdirilməsi ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezidentin yaxından köməkliyi, qayğısı sayəsində həyata keçirilmişdir. Mehriban xanım həmin görüşlərin birində belə bir fikri də vurğulamışdır ki, dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.