YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Qlobal Gənc Liderlər Forumu mühüm bir platformadır

«Bakı şəhərində keçirilən Qlobal Gənc Liderlər Forumu mühüm bir platformadır». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, bu fakt Azərbaycanın inkişafının göstəricisidir. Onun sözlərinə görə, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi prosesində Azərbaycanın güclü, sabit və inkişaf edən ölkə olmasına böyük önəm verilir.

«Ümumiyyətlə, Azərbaycan son illər nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bu tədbirlər vasitəsil ölkəmiz bir daha özünü dünyaya təqdim edir. Bu tədbirdə iştirak edən nüfuzlu qonaqlar ölkəmizin inkişafı ilə əyani tanış olur, tariximiz, mədəniyyətimiz haqqında məlumatlar əldə edirlər. Eləcə də, Azərbaycanın geniş turizm imkanları onlara təqdim olunur. Bütün bunlar isə ölkəmizi dünya miqyasında daha da yaxından tanınmasına səbəb olur»- deyə, Ş.İsmayılov qeyd edib.