YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanın tolerantlıq ənənələri beynəlxalq müstəvidə mühüm yer tutur

«Azərbaycanın tolerantlıq ənənələri beynəlxalq müstəvidə mühüm yer tutur».  Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. 

Y.Abramov bildirib ki, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modeli xalqımızın dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətlərini göstərir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin  bu sahədəki fəaliyyətində tolerantlıq və qarşılıqlı hörməti təşviq edən siyasət dayanır.

«Azərbaycanın tolerantlıq modeli bütün dünyada daha geniş təbliğ olunmalıdır. Çünki bu, digər dövlətlər üçün nümunədir»- deyə, Y.Abramov vurğulayıb.