YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Qarabağ”ın qələbəsi dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir

“Qarabağ”ın qələbəsi tarixi qələbədir. Bu qələbənin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir.

Bu fikirləri Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edərkən deyib.

“Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər”, - deyən Prezident İlham Əliyev o torpaqlarda indi həyat qaynadığını, vətəndaşların işğaldan azad edilmiş torpaqlara qayıtdıqlarını, indi orada yaşadıqlarını, qurub-yaratdıqlarını, həmin torpaqlarda indi Azərbaycan bayrağı dalğalandığını vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı “Qarabağ”ın qələbəsinə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.