YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar  Sərəncam imzaladı.

Sənəddə qeyd olunur ki, “Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

Prezident İlham Əliyev klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2,0 (iki) milyon manat ayrılması haqqında Sərəncam imzalayıb.