YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru: Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb

Bakının dünyanın tanınmış liderlərini bir araya gətirmək, bu gün və sabah üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb.

Bunu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Səragəldin deyib.

O qeyd edib ki, Bakı Qlobal Gənc Liderlər Forumu yeni bir ideyadır: “Burada bir çox ölkələrdən gənclər bir araya gəlir, sabiq prezidentlər, liderlər ilə müzakirələr aparır, onların təcrübələrindən bəhrələnirlər. Bu, gələcəyə doğru atılan yeni bir addımdır. İnanıram ki, bu təşəbbüs davam edəcək və daha çox gənc bura qoşulacaq”.

İ.Səragəldin vurğulayıb ki, bu forum dünya gəncləri, ölkələri arasında əlaqələrin inkişaf etməsinə mühüm töhfə verəcək.