YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Çin arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çin xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Li Huilai siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.


XİN-nin mətbuat xidmətinin məlumatına görə, Xələf Xələfov Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini bildirərək, Çin ilə münasibətlərin Azərbaycan üçün prioritet istiqamət olduğunu qeyd etdi.

Görüşdə hər iki ölkənin rəhbərləri tərəfindən əsası qoyulmuş siyasi dialoqun yüksək səviyyəli və intensiv xarakterli qarşılıqlı səfərlərlə daha da möhkəmləndirildiyini bildirən X.Xələfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində imzalanmış çoxsaylı sənədlərin və əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin hazırkı səviyyəyə yüksəldilməsinə əsaslı təkan verdiyini vurğulayıb.

Azərbaycanı Çinin ənənəvi tərəfdaş və dostu adlandıran Li Huilai iki ölkə arasında münasibətlərin qurulmasında Ümumilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən məmnunluğunu bildirdi. O, Azərbaycan-Çin münasibətlərinin təməlini qoymuş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanla yanaşı, Çin xalqı arasında da böyük rəğbət və ehtiramla anıldığını əlavə etdi.

DİGƏR Xəbərlər Arxiv