YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür

«Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bununla Ermənistan sərhəddə yaşayan dinc sakinlərimizi qorxutmağa çalışır. Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri, ilk növbədə Rusiyanı bu işə cəlb etmək istəyir, diqqəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlardakı vəziyyətdən yayındırır.

«Ermənistanın bu hərəkəti göstərir ki, bu ölkə əsas hədəf kimi mülki əhalini seçir. Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür»- deyə, deputat qeyd edib.