YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənilərin xalqımıza qarşı terror siyasəti bu gün də davam edir

«Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilərin xalqımıza qarşı tarix boyu həyata keçirdiyi təxribat hərəkətlərinin davamıdır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ermənilərin dinc sakinlərimizə qarşı silahdan istifadə etməsi birinci hal deyil. Onun sözlərinə görə, ermənilər həmişə dinc azərbaycanlılara qarşı kütləvi soyqırımlar həyata keçirərək körpə uşaqları, qadınları, qocaları qətlə yetiriblər.

«Onların xalqımıza qarşı terror siyasəti bu gün də davam edir. Son 2-3 ildə ermənilər nə qədər körpə uşaqlarımızı, dinc insanlarımızı qətlə yetirib, evləri dağıdıblar. Bu günə qədər ermənilərin törətdiyi təxribatlarla bağlı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər sərt reaksiya verməyiblər. Əksinə, erməniləri qoruyurlar. XX əsrin sonlarında ermənilər Xocalı soyqırımını törətdilər, 613 nəfər dinc insan qətlə yetirildi, Qaradağlıda və başqa yerlərdə də soyqırımlar törətdilər. Buna görə ermənilərə bir cəza tətbiq olundumu? Xeyr. 25 ildən çoxdur ki, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir, torpaqlarımız işğal altındadır. Buna görə ermənilərə qarşı sanksiya tətbiq olunubmu? Xeyr. Ermənilər də bu cəzasızlıqdan ruhlanırlar, havadarlarına arxayın olurlar və təxribat əməllərini artırırlar. Biz gözləsək ki, hansısa beynəlxalq təşkilat ermənilərin bu əməllərinin qarşısını alacaq, bu, sadəlövhlük olardı. Ermənilərə qarşı cəza tədbiri görəcək yeganə qüvvə Azərbaycan ordusudur»- deyə, E.Məmmədov vurğulayıb.