YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jurnalistlərin binası genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.

Nazirlikdən bildirilib ki, həmin binadakı 255 mənzil Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (BTR MMC) tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON (Giqabit Passive Optical Network) əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.

Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq.

Binanın sakinləri BTR MMC tərəfindən “Üç bizimlə” layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksəkkeyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər.