YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan dövləti tərəfindən jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət və qayğı göstərilir

«Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda dörd mindən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstərir». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, yarandığı 140 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib. onun sözlərinə görə, müstəqillik dövründə milli mətbuatımız daha sürətlə inkişaf edib, ölkəmizin ictimai-siyasi həyatında özünə layiq yer tutub.

«Azərbaycan həqiqətlərinin beynəlxalq ictimayyətə çatdırılmasında KİV-i mühüm rol oynayır. Azərbaycan dövləti tərəfindən mətbuatın inkişafına, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına daima diqqət və qayğı göstərilir. Mətbuat Şurası yaradılmış və KİV haqqında” qanun qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən KİV əməkdaşları üçün tikilmiş 255 mənzildən ibarət 2-ci yaşayış binasının iyulun 19-da istifadəyə verilməsi və 3-cü yaşayış binasının təməlinin qoyulması jurnalist əməyinə dövlət qayğısının bariz nümunəsidir»- deyə, R.Əliyev vurğulayıb.