YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasındakı səfiri İmre Laslotski ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.

DİGƏR Xəbərlər Arxiv